Güldanə Əzimova

Güldanə Cəlal qızı Əzimova 11 may 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1985-ci ildə Hacıbəyov adına Musiqi məktəbini bitirmişdir. 1985-87-ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləmişdir. 1995-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist - vokalist vəzifəsində səhnə fəaliyyətinə başlamışdır. Teatrda işlədiyi müddət ərzində O. Kazımov, R. Heydər «Qızıl toy»da Aygün, S. Ələsgərov, İ. Məlikzadə «Subaylarınızdan görəsiniz»də Qəndab, S. Rüstəmov, M.S. Ordubadi «Beş manatlıq gəlin»də Naznaz, Z. Hacıbəyov «50 yaşında cavan»da Çimnaz, S. Ələsgərov, Ş. Qurbanov «Özümüz bilərik»də Lalə, E. Sabitoğlu, Y.Şvarts «Qırmızı papaq»da Qırmızı papaq, Ə. Əlizadə, A. Xayt «İki küpəgirən qarı»da Dünya, R. Şəfəq «Baş tutmayan hiylə»də Dovşan, tülkü, R. Hacıyev «Talelər qovuşanda»da Leyla, E. Sabitoğlu, R. Əhmədzadə «Hələlik»də Qənirə, C. Quliyev, Q. Rəsulov «Məhəbbət oyunu»nda Gülcahan, R. Şəfəq, A. Şaiq «Bir saat xəlifəlik»də Nəcibə, R. Mustafayev, C. Məmmədov «Məsmə xala dayımdır»da Sənubər, O. Rəcəbov, A. Babayev «Şeytanın yubileyi»ndə Müğənni, R. Mirişli, M. Haqverdiyev "Qısqanc ürəklər”də Elya rollarını özünəməxsusluqla oynamışdır.