Səmayə Musayeva

Səmayə Musayeva 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili-komediya aktyorluğu” fakültəsini bitirib, Azərbaycan Dövlət Musiqili Komediya teatrında əmək fəaliyyətinə başlayıb. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilib. Teatrda işlədiyi müddət ərzində F. Əmirov "Gözün aydın"da Gülər, S. Ələsgərov "Milyonçunun dilənçi oğlu"nda Rəqs müəllimi, O. Kazımov "Qızıl toy"da Ballı, S. Ələsgərov "Subaylarınızdan görəsiniz"də Gül xanım, S. Ələsgərov "Hərənin öz ulduzu"nda Xurma, S. Rüstəmov "Durna"da Lalə, Z. Hacıbəyov "50 yaşında cavan"da Mələk, S. Rütəmov "Beş manatlıq gəlin"də Səlbi, E. Sabitoğlu "Bankir adaxlı"da Ceyran, R. Mustafayev "Volqalı canan"da Təşəkkür, S. Fərəcov "Bir günlük siğə"də Ruqiyə kimi obrazları özünəməxsuz ustalıqla oynayıb. S. Musayeva 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.