Rüstəm Rüstəmov

Rüstəmov Rüstəm Cümşüd oğlu 29 avqust 1988-ci il Bakı şəhərində anadan olmuşdur. 2013-cu ildə Bakı Musiqi Akademiyasının "Solo oxuma” fakültəsini bitirmişdir. 2012-ci ilin fevral ayından Azərbaycan Musiqili Teatrında xor artisti vəzifəsində işləyir. Səs tembri bariton. Teatrda işlədiyi müddət ərzində "O olmasın bu olsun”, ”Bankir adaxlı”, ”Kimyagər”, ”Talelər qovuşanda”, ”Qızıl toy”, ”Qısqanc ürəklər” və s. tamaşalarda iştirak etmişdir