Anna Cabbarova

Anna Sergey qızı Cabbarova 17 avqust 1987-ci ildə Bakı şəhərində anadan olub. 1999-2007-ci illərdə Bakı Xoreoqrafiya məktəbində təhsil alıb. 
2007-ci ildən Akademik Musiqili Teatrda balet artisti vəzifəsində çalışır. Teatrda işlədiyi müddətdə "Ər və arvad”, “Qısqanc ürəklər”, 'Kimdir müqəssir", “Xanuma", “Qızıl toy”, “Silva”, “Qorxma mən səninləyəm", "Nəğməmə inan", "Leyli və Məcnun", “Skapenin kələkləri”, “Toya bir gün qalmış”, “Talelər qovuşanda”, “Maritsa”, “Fransızsayağı qarnir”, “Notr-Dama ithaf”, “Adamın adamı”, “Arşın mal alan”, “Əliqulu bu gün evlənir”, “Bəxtiyar”, “Düyməcik”,  “Məchul pilləkən”, “Sehrli nəğmə”,  “Qırmızı papaq”, “Bir dayan canavar”, “Yağış göbələyinin macərası” və bir çox  tamaşalarda çıxış edib.