Mehriban Zalıyeva
Zaliyeva Mehriban Əsgəralı qızı 12 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Musiqi Akademiyasının Solo oxuma fakültəsinə daxil olub və 2006-cı ildə oranı bitirib.
2006-cı ildən Musiqili Komediya Teatrında artist vokalist vəzifəsinə qəbul olunub. Mehriban Zaliyeva Musiqili Teatrın səhnəsində - Səbinə (“Qısqanc ürəklər” M.Haqverdiyev, R.Mirişli), Müğənni qız (“Səhnədə məhəbbət” S.Fərəcov, Ə.Əmirli), Qəndab (“Kələkbazlar” S.Ələsgərov, İ.Məlikzadə), Lalə (“Əlin cibində olsun” O.Rəcəbov, A.Babayev), Tülkü bacı (“Yağış göbələyinin macərası” R.Şəfəq, V.Zimin), Qırmızı papaq da (“Bir dayan canavar” R.Ağayeva, A.Xayt), Düyməcik (“Düyməcik” H.X.Anderson), Bim (“Qızıl cücə” V.Orlov), Dovşan (“Qırmızı papaq” E.Sabitoğlu, Y.Şvarts), Pəri Flora (“Yatmış gözəl və cırtdanlar” Ş.Pero), Asya (“Arşın mal alan” Ü.Hacıbəyli), Giasinda (“Skapenin kələkləri”J.B.Molyer), Natəvan (“Qafqazlı qardaşqızı” R.Hacıyev), Reyhan (“999-cu gecə” “1001 gecə” nağıllarının motivləri və F.Əmirovun musiqiləri əsasında), Bikə (“Baladadaşın toy hamamı” F.Allahverdi, Elçin), Cənnət (“Molla Nəsrəddinin beş arvadı” İ.Sadıqov, tərc. D.Mustafayev), Leyla (“Bir dəfə Bağdadda” E.Sabitoğlu, V.Kolmanovski), Esmeralda (“Paris Nort-Dama ithaf” V.Hüqo, səhnələşdirən S.Qulamov), Naznaz (“Beş manatlıq gəin” S.Rüstəmov, M.S.Ordubadi), Gövhər (“Bir nəfəs qədər” S.Qulamov), Şəngülüm (“Dəcəl çəpişlər” O.Zülfüqarov, R.Heydər), Vika Petroviç (“Nəğməmə inan” P.Bülbüloğlu, M.Şerbaçenko), Telli və aparıcı (“Qorxma, biz səninləyik” P.Bülbüloğlu, Y.İsayeva, C.İmamverdiyev) rollarını ifa etmişdir.