Emil Əzizov

Əzizov Emil Fizuli oğlu 1989-cu ildə Bakıda anadan olub.
O, 1996-2007-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 
Məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Xoreoqrafiya" fakültəsinə daxil olub.  2011-ci ildə bakalavr,
2014-cü ildə magistr pilləsini uğurla başa vurub. Bakı Xoreoqrafiya məktəbini bitirdikdən sonra, bir müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet artisti vəzifəsində çalışıb. İşlədiyi müddətdə teatrın repertuarında olan bir çox balet tamaşalarında solo ifalar edib. 
Teatrın Rusiya, Belarusiya, Türkiyə, Fransa, Gürcüstana qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil edib.
2014-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasında müəllim vəzifəsində işləyib.
2016-ci ildən Bakı Xoreoqrafiya Akademiyasında müəllim kimi çalışır.
2022-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baletmeyster vəzifəsinə təyin olunub. 
 

2017-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının dissertantıdır. 
Elmi işlə əlaqədar yerli və xarici elmi jurnallarda məqalələri çap olunub, həmçinin bir monoqrafiya müəllifidir. 
Elmi məruzələri ilə beynəlxalq və respublika konfranslarda mütamədi olaraq çıxışlar edib. 
Qeyd edək ki, E.Əzizovun  həyat yoldaşı Əzizova Elvira Rinatovna da Musiqili teatrın balet artistidir. Onlar teatrın bir çox tamaşalarında fəal iştirak edirlər.