Nadir Xasıyev
Xasıyev Nadir Şənbə oğlu 24 dekabr 1961-ci ildə Ağsu rayonunda anadan olmuşdur. N.Xasiyev 1984-cü ildə İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirmişdir. O, bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur. N.Xasıyevin fasında S.Ələsgərov, İ.Məlikzadə «Subaylarınızdan görəsiniz»də Fəqan , O.Kazımi, R.Heydər «Qızıl toy»da Azər, Z.Hacıbəyov «50 yaşında cavan»da Qulu, Ü.Hacıbəyli «O olmasın, bu olsun»da Sərvər, Həsənqulu bəy, Rüstəm bəy, E.Sabitoğlu, X.Hasilova «Nəğməli Könül»də Ramazan, S.Ələsgərov, İ.Məlikzadə «Hərənin öz ulduzu»nda Əlibala, S.Fərəcov, Ə.Əmirli «Səhnədə məhəbbət»də Rüstəm, E.Sabitoğlu, R.Əhmədzadə «Hələlik»də Mürsəl, V.Adıgözəlov, Anar «Adamın adamı»nda Tərs Tahir, C.Quliyev, Q.Rəsulov, «Məhəbbət oyunu»nda Camal, R.Mustafayev, A.Qüdrət «Volqalı canan»da Qaynar, R.Mirişli, M.Haqverdiyev «Qısqanc ürəklər»də Emil, S.Ələsgərov, Ş.Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Senator, S.Kərimi, Ə.Ol «Kimyagər»də Hacı Nuri, F.Allahverdi, Elçin «Baladadaşın toy hamamı»nda Nəcəf, Ü.Hacıbəyli «Arşın mal alan»da Soltan bəy, Ə.Pəhləvan «Sevənlərindir dünya»da Şiraslan, F.Sücəddin, T.Vəliyeva «Mən dəyərəm min cavana»da Rüstəm, V.Hüqo (səhn.S.Qulamov) «Paris Notr-Dama ithaf»da Keşiş, Ə.Əmirli «Nuri-didə Ceyhun»da Fraklı, S.Rüstəmov, M.S.Ordubadi «Beş manatlıq gəlin»də Kəblə Hüseynəli, T.Quliyev, B.Laskin, N.Rojkov «Bəxtiyar»da Professor Rəcəbov, Ü.Hacıbəyli, M.Füzuli (səhn.S.Qulamov) «Lelyli və Məcnun»da Leylinin atası, S.Kərimi, M.F.Axundov «Kimyagər»də Hacı Nuri və başqa obazlar özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir. N.Xasiyev 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri mədəniyyət işçisi» döş nişanı ilə təltif olunub.