Nahidə Orucova
Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakültəsini bitirmişdir. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışmışdır. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak etmişdir. 1993-cü ildə Ş.Qurbanov adına Musiqili Komediya Teatrına “Solist – vocalist” vəzifəsinə təyin olunmuşdur. Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli “İtkin ər” tamaşasında İzabella, A.Qüdrət, Ramiz Mustafayev “Volqalı canan”da Şəlalə xanım, E.Sabitoğlu, T.Vəliyeva “Bankir adaxlı”da Səmayə xanım, R.Şəfəq, A.Şaiq “Bir saatlıq xəlifəlik”də Səkinə xanım, O.Rəcəbov, A.Babayev “Əlin cibində olsu”da Gülşad xanım, R.Musafayev, C.Məmmədov “Məsmə xala dayımdır”da katibə, F.Allahverdi, Elçin “Baladadaşın toy hamamı”da Şəfiqə, S.Qulamov “Bir nəfəs qədər”də Zərifə, Ü.Hacıbəyli “Arşın mal alan”da Cahan xala, İ.Sadıqov “Molla Nəsrəddinin beş arvadı”da Təmənna, A.Ostrovski “Lara Martin’s Jazz Club”da Xarita, O.Kazımi, R.Heydər “Qızıl toy”da Ballı, Zuzu xanım, T.Quliyev, B.Laskin, N.Rojkov “Bəxtiyar”da Natalya Alekseyevna, Ü.Hacıbəyli “Ər və arvad”da Minnət xanım, R.Hacıyev “Talelər qovuşanda” da Nazpəri, E.Sabitoğlu, R.Əhmədzadə “Hələlik”də Lalə, E.Sabitoğlu, X.Hasilova “Nəğməli Könül”də Qəmər xanım, S.Ələsgərov, Ş.Qurbanov “Özümüz bilərik”də Nailə xanım, S.Ələsgərov, İ.Məlikzadə “Subaylarınızdan görəsiniz”də Çiçək xanım, V.Adıgözəlov, Anar “Aldın payını, çağır dayını”da Nazlı Qəmzəli, S.Ələsgərov, Ş.Qurbanov “Milyonçunun dilənçi oğlun”da Kübar qadın və Mələk, Ü.Hacıbəyli "O olmasın, bu olsun”da Sənəm, R.Mirişli , M.Haqverdiyev “Qısqnc ürəklər”də Natella, F.Sücəddinov, T.Vəliyeva “Mən dəyərəm min cavana”da Sevda, C.Quliyev, Q.Rəsulov “Məhəbbət oyunu”nda Gülcahan, İ.Kalman "İddialı qaraçı”da Qrafinya İrini, V.Dolidze, A.Saqarelli “Xanuma”da Tekle və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalmışdır. "Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, "Ayrılıq imiş” ( 2008) Xidmətçi, " Biz qayıdacağıq” ( 2007) Həkim, "Xüsusi vəziyyət” (1986) Şikayətçi, "Kişiləri qoruyun” (2006) Rübabə, "Qız qalası” (2000), "Qızlar” (2007) Sədaqət, "Moskva-Bakı qatarı” (2005) Satıcı, "Nə gözəldir bu dünya... (1999) Asim Əliyeviçin arvadı, "Pəncərədə işıq” (film-tamaşa) Bardakı qadın, "Spasibo” (1998) Yengə, "Tam məxfi” (2004) Səbinənin anası, "Yanmış körpülər” (2003) Qreta, "Yük” (1995) Qulluqçu Kübra, "Yurd yeri” (1997) Hüsniyyə və s. filmlərdə yaddaqalan obrazlar yaratmışdır. N.Orucova 2012–ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 2013-cü ildən Pezident mükafatçısıdır.