Əli Kərimov

Əli Sabir oğlu Kərimov 1991-ci il aprel ayının 29-da Bakı şəhərində doğulmuşdur. 2013-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo-oxuma fakültəsini bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına xor artisti vəzifəsinə işə qəbul olmuşdur. O, xor artisti olaraq - “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “999-cu gecə”, “Amerikalı kürəkən”, “Bakir adaxlı”, “Mən dəyərəm min cavana”, “Nuri-didə Cehyun”, “Bir dəfə Bağdadda”, “Qafqazlı qardaşqızı”, “Qısqanc ürəklər”, “Qızıl toy”, “Talelər qovuşanda”, “Toya bir gün qalmış” və s. tamaşalarında iştrak edib.
Əli Kərimov 2021-ci ildən teatrın aktyor truppasına keçirilib. O, tamaşalarda – Qaraçı oğlan və quldur (“Paris Notr-Dama ithaf” V.Hüqo, səhnələşdirən S.Qulamov), Həkim (“Bir dəfə Bağdadda” E.Sabitoğlu, V.Kolmanovski), Gülməmməd (“Mən dəyərəm min cavana”, F.Sücəddinov, T.Vəliyeva), Bom (“Qızıl cücə”, V.Ulanovski, V.Orlov), Murad (“Talelər qovuşanda”, R.Hacıyev), 4-cü cırtdan (“Yatmış gözəl və cırtdanlar”, Ş.Pero, səhnələşdirən A.Sadıqov), Fədail və Abbasov (“Bir nəfəs qədər”, S.Qulamov), Uzunqulaq (“Bremen musiqiçiləri və Pen” A.Sadıqov), Baladadaş və Əzizağa (“Baladadaşın toy hamamı”, F.Allahverdi, Elçin), Məngülüm (“Dəcəl çəpişlər” O.Zülfüqarov, R.Heydər) rollarını ifa etmişdir.