Sehrli Nəğmə
“Sehrli nəğmə" musiqili tamaşası hər bir insanın həyatında ən əsas bağlılıqdan biri olan ana və övladın bağlılığı haqqında bəhs edir. Tamaşanın baş qəhrəmanı olan oğlan böyümək istəmir. Özünə məlum olmayan hər şeydən qorxan və körpə beşiyində yatmağa davam etmək istəyən bu oğlanın gözünə əjdahalar görünür. Yuxusunda oğlan öz nağıl, qorxu və xəyallar aləminə düşür. Orada onu qeyri-adi görüşlər, çətin sınaqlar gözləyir. Ancaq oğlan hər şeyin öhdəsindən mütləq gələcək. Axı, o hətta yuxuda belə anasının onu öz sevgisi ilə isidən səsini eşidir. Ana laylası oğlanın möcüzəli yolunda bir bələdçiyə çevrilir.
Qəhrəmanımız yuxusunda müdrik Simurq quşu, hiyləgər Qulyabanı, təhlükəli Div, zirək Cırtdan, bir-birinə aşiq olan Ay və Ulduz kimi xeyir və şər nağıl personajları ilə rastlaşır. Yuxunun lap əvvəlində bu oğlan Atla rastlaşır və onunla birlikdə səyahətə çıxır, Atın simasında özünə dost tapır. Hər bir personajla görüşdükdə o, özünün böyüməsi yolunda bir addım atır. Mənfi personajlar oğlanı daha cəsarətli edir, müsbət personajlar isə onda kömək etmək istəyi və mərhəmət hissi oyadır. Baş qəhrəmanın bütün görüşləri musiqi və rəqslərlə müşayiət olunur. Bunun sayəsində tamaşaçılar nağılın sehrinə daha çox qərq olur.
Nağıllar aləminə səyahətdə oğlanı Ağsaqqal müşayiət edir. Ağsaqqal sadəcə qoca nağılçı deyil, sonda məlum olur ki, o qocalıqda oğlanın elə özü imiş. Baş qəhrəmanın nağılçı ilə əlaqəsi sayəsində oğlanın uzunömürlü və müdrik olacağı aydın olur.
Yuxunun sonunda oğlan bütün qorxularından azad olur, böyüyür, daha müstəqil olur. Bundan əlavə, tamaşanın sonunda oğlan başqasına görə məsuliyyəti öz üzərinə götürməyə və Atın sahibi çıxmağa hazır olduğunu başa düşür.
“Sehrli nəğmə” tamaşası musiqi, rəqs və mahnılarla dolu poetik bir səyahətdir. Bu, hər kəsə mümkün qədər öz imkan və bacarıqlarını bilmək, qorxuların üzünə dik baxmaq, onları dəf edib öz yoluna davam etmək haqqında hekayədir.
Tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə Cartier Evi tərəfindən hazırlanmışdır. İstehsal üzərində Rusiya və Azərbaycan mütəxəssislərinin yaradıcı birliyi çalışıb, onların hər biri işə özünəməxsus töhfə verib. Beynəlxalq komandanın yaradıcı əməkdaşlığı təcrübə mübadiləsinə, mədəniyyətlərarası dialoqa, öz ənənələrini və irsini əziz tutan nəsillərin dialoquna təkan olmuşdur. Bakı teatrı üçün bu mühüm hadisə hər zaman müxtəlif mədəniyyətlərin bədii motivlərini öyrənməyə, tanımağa, dərk etməyə çalışan Cartier Evinin 175 illik tarixində yeni bir mərhələ oldu.
Sehirli Nəğmə
Quruluşçu heyət
Quruluşçu rejissor |
Anton Morozov |
Bəstəkar |
Diana Hacıyeva |
Xoreoqraf |
Max Petrov |
Tamaşanın bədii tərtibatı və geyim üzrə rəssam |
Alina Korıtova |
Dramaturq |
Polina Korotıç |
İşıq üzrə rəssam |
Konstantin Binkin |
Quruluşçu dirijor |
Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi) |
Dirijor |
Səməd Süleymanlı |
Konsertmeyster |
Kamil Həsənov |
Rejissor assistenti |
Afər Tağıyeva |
Bədii tərcümənin müəllifi |
Aytən İsmixanova |
Folklor məsləhətçisi |
Fərhad Fərzəli |
Folklor məsləhətçisi |
Mariya Nəzərova |
İdeya müəllifi və yaradıcı direktor |
Viktoriya Motornyuk |
Art direktor |
Miroslava Bayda |
Yaradıcı prodüser |
Anastasiya Şevçenko |
İcraçı Prodüser |
Yelizaveta Lyubimova |
İlk tamaşa 18 dekabr 2022-ci ildə oynanılmışdır.
Tamaşada səslənən laylayın müəllifləri
Musiqi |
Zakir Bağırov |
Sözlər |
Bəxtiyar Vahabzadə |
Rollar və ifaçılar
Ana |
Gülnarə Abdullayeva |
Oğlan |
Zaur Əliyev, Kamran Həsənov |
Oğlanın dostları |
Aynurə Əsgərova (balet artisti), Mehrac Talıbzadə (balet artisti) |
Ağsaqqal |
Ələkbər Əliyev (Əməkdar artist), İqrar Salamov |
Qulyabanı |
Adelin Öztürk, Nigar Qarayeva |
Göy uşaqlar |
Aynurə Əsgərova (balet artisti), Mehrac Talıbzadə (balet artisti) |
At |
Hüseyn Əlili, Murad Əliyev |
Simurq |
Ülviyyə Əliyeva, Ofeliya Novruzqızı |
Cırtdan |
Əli Kərimov, Hidayət Əliyev |
Ulduzlar |
Fatimə Vəliyeva (xor artisti) |
Ay |
Elşad Qasımov (xor artisti) |
Balet artistləri |
Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Anar Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli, Cəmilə Mansurova |
Tamaşada Azərbaycan Dövlət Akademik Musiqili Teatrın orkestri iştirak edir.