Elvira Əzizova

Elvira Rinatovna Əzizova 1991-ci ildə sentyabrın 23-də Bakı şəhərində anadan olub. 1996-ci ildə 72 saylı orta məktəbin I sinfinə daxil olub. 2000–2009-cu illərdə Bakı Xoreoqrafiya Məktəbini oxuyub. 2018–2023-cü illərdə Bakı Xoreoqrafiya Akademiyasının “Baletmeyster sənəti” fakültəsi üzrə bakalavr, 2023–2025-ci illərdə isə “Baletmeyster sənətinin tarixi və nəzəriyyəsi” fakültəsi üzrə magistr təhsili alıb.
2008-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına balet artisti kimi işə qəbul olunub, 2022-ci ildə isə balet sinfi üzrə repetitor vəzifəsinə təyin edilib.
Teatrın repertuarındakı əksər tamaşalarda – “Bankir adaxlı”, “Məhəbbət oyunu”, “Şən dul qadın”, “Silva”, “Maritsa”, “Məsmə xala dayımdır”, “Çılğın qaskonyalı”, “Qısqanc ürəklər”, “Xanuma”, “Ər və Arvad”, “Toya bir gün qalmış”, “999-cu gecə”, “Şəhərdə manyak var”, “Yeddi məhbusə anası”, “Bəydullanın möhtəşəm toyu”, “Səhnədə məhəbbət”, “Evlənmə”, “Fransızsayağı qarnir”, “Skapenin kələkləri”, “Qızıl cücə”, “Milyonçunun dilənçi oğlu”, “İki küpə girən qarı”, “Yatmış gözəl”, “Piter Pen”, “Mən dəyərəm min cavana”, “Amerikalı kürəkən”, “Şeytanın yubileyi”, “Aldın payını, çağır dayını”, “Baladadaşın toy hamamı”, “Qafqazlı qardaşqızı”, "Paris Noter dama ithaf”, “Lara Martın's jazz club”, “Nəğməmə inan" , "Qorxma mən səninləyəm" və s. səhnə əsərlərində iştirak edib. Bir çox tamaşalarda həm solo rəqslərin ifaçısı, həm də aktrisa kimi çıxış edən Elvira xanım eyni zamanda "Bəxtiyar" və "Evdə tək" tamaşaların baletmeysteri də olub.