Boris Qrafkin
Qrafkin Boris Fyodoroviç 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə A.Zeynallı adına Musiqi Məktəbini bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) artist-vokalist vəzifəsinə qəbul olunub. İşlədiyi müddətdə bir çox tamaşalarda yaratdığı obrazlardan Harun-ər Rəşid (“Bir dəfə Bağdadda”- E.Sabitoğlu, V.Kolmanovski), İmperator (“Tsıqan premyer” İ.Kalman), Leopold ("Silva” İ.Kalman), Estreqazi ("Maritsa” İ.Kalman), Rossilion, Zetta, Nikoş (“Şən dul qadın” F.Leqar), Linier ("Neistovıy Qaskonets” Q.Qarayev) Napoleon ("Bayadera” İ.Kalman), Kornelliy ("Hello Dolli” J.Qerman), Şterçel (“Qalladoçka” İ.Kalman), Soltan bəy ("Arşın mal alan” Ü.Hacıbəyli), Jeront (“Skapenin kələkləri” J.B.Molyer), Seyfulla (“Mı takie” F.Qarayev, L.Vaynşteyn), Professor (“Moy milıy dikar” T.Hacıyev), Meşəbəyi (“Qırmızı papaq” (E.Sabitoğlu, E.Şvarts), Köstəbək (“Düyməcik” H.K.Anderson), Rüstəmov (“Qafqazlı qardaşqızı” R.Hacıyev) Vadim (“18 yaş" Solovyov-Sedov), Boris Qrafkin (“Nəğməmə inana” P.Bülbüloğlu, M.Şerbaçenko), Din Kixot (“Qorxma, biz səninləyik” P.Bülbüloğlu, E.İsayeva, C.İmamverdiyev), Məsrur (“Bir dəfə bağdadda” E.Sabitoğlu, V.Kolmannovski), Baba (“Qoğal” Ə.Hacıyev) və digər rolları böyük ustalıqla canlandırıb. Boris Qrafkin bir sıra tamaşalara da quruluş vermişdir ki, bunlara “Qırmızı papaq” (E.Sabitoğlu və E.Şvarts), “Yağış göbələyinin macərası”(R.Şəfəq, V.Zimin), ”Xoşbəxt ailə oyunu oynayırıq və ya Fransızsayağı qarnir”, (M.Kamoletti, B.Qrafkin ikinci rejissor kimi), “Skapenin kələyi” (J.B.Molyer, B.Qrafkin ikinci rejissor kimi) tamaşaları aiddir. Ömrünü Azərbaycan teatrına həsr edən qocaman sənətkar 2000-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2013-cü ildə isə “Tərəqqi medalı” ilə təltif olunub. 2019-2020-ci illərdə Prezident mükafatçısı olub. 2017-ci ildə 80 illik yubileyi münasibəti ilə Mədəniyyət Nazirli tərəfindən “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.