Nigar Qarayeva

Qarayeva Nigar Tofiq qızı 1983-cü ildə Ağdam şəhərində anadan olub.
2002-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Teatr aktyorluğu fakültəsində təhsil alıb.
O, 2008-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işə başlayıb.
Teatrda işlədiyi müddətdə
"Hərənin öz ulduzu” (S.Ələsgərov, İ. Məlikzadə) tamaşasında mimans xor artisti kimi (kütləvi səhnələrdə iştirak edən),
"Şeytanın yubileyi” (O.Rəcəbov, A. Babayev),
"Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev),
"wwwferzeli-kefcom" ( E. Sabitoğlu, C. Məmmədov) və başqa tamaşalarda müxtəlif obrazlarda çıxış edib.