Əmrah Dadaşov

Əmrah Balaxan oğlu Dadaşov 14 mart 1991-ci ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti” ixtisasını bitirib. 1 mart 2015-ci ildən Musiqili Teatrda vokal artisti-solist vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində müxtəlif tamaşalarda iştirak edib. "Baladadaşın toy hamamı” (Elçin) tamaşasında Baladadaş, "Ər və arvad”da (Üzeyir Hacıbəyli) Xanəndə, "Hacı Qara”da (M.F.Axundzadə) Sarkis, "Qırmızı papaq”da (E.Sabitoğlu, Y.Şvarts) Meşəbəyi, "Meşə çaqqalsız olmaz”da (Əli Səmədli) Ağacdələn, "Dəcəl çəpişlər”də (O.Zülfüqarov, R.Heydər) Ayı, "Piter Pen”də (Qrim qardaşları və C. Barri) Kapitan Nik və s. rolları ifa edib.