Gülnarə Əzizova

Gülnarə Rafikovna Əzizova 16 noyabr 1979-cu ildə Moskva şəhərində anadan olub. 2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyorluğu” fakültəsini bitirmişdir.

2005-ci ildə Musiqili Teatrda xor artisti olaraq işə başlamış və bu müddət ərzində “O olmasın, bu olsun”, “Bankir adaxlı”, “Səhnədə məhəbbət”, “Məhəbbət oyunu”, “Qırmızı papaq”, “Şən dul qadın”, “Əlin cibində olsun”, “Məsmə xala dayımdır”, “Maritsa”, “Talelər qovuşanda”, “Volqalı canan”, “Silva”, “Bəydullanın möhtəşəm toyu”, “Çılğın Qasqoniyalı”, “Bir günlük siğə”, “Aldın payını, çağır dayını”, “Hərənin öz ulduzu”, “Şeytanın yubileyi” kimi tamaşalarda iştirak etmişdir.

Gülnarə Əzizova 2007-ci ildən aktrisa kimi fəlaiyyət göstərir. O, teatrda Ceyran (“Şeytanın yubileyi” – O.Rəcəbov, A.Babayev), Bim (“Qızıl cücə” – V.Orlov), Tülkü bacı (“Yağış göbələyinin macərası” – R.Şəfəq, V.Zimin), Çiçək (“Matəm marşı və ya gözünüz aydın” – M.Məmmədov), Nəzakət (“Amerikalı kürəkən” – R.Mirişli, M.Haqverdiyev), Tərcüməçi (“www.ferzeli-kef.com” – E.Sabitoğlu, C.Məmmədov), Safura (“Sevənlərindir dünya” Ə.Pəhləvan), Zibeydə (“Molla Nəsrəddinin beş arvadı” İ.Sadıqov, tərc. Dilsuz), Zuzu (“Qızıl toy” – O.Kazımi, R.Heydər), Kiçik qız (“Toya bir gün qalmış” – Ə.Səmədli), Cırcırama (“Buratino” – A.Rıbnikov, A.Tolstoy), Şüngülüm (“Dəcəl çəpişlər” – O.Zülfüqarov, R.Heydər), Zaurun bacısı (“Bankir adaxlı” – E.Sabitoğlu, T.Vəliyeva), Sona xanım – (“Hacı Qara” M.F.Axundzadə) Pəri Narimeza (“Yatmış gözəl və cırtdanlar” – Ş.Pero), Nazlı (“Əliqulu evlənir” – O.Rəcəbov, S.Rəhman), Elmira (“Baladadaşın toy hamamı” – F.Allahverdi, Elçin) rollarını ifa etmişdir.