Gülçöhrə Abdullayeva
Gülçöhrə Heydər qızı Abdullayeva 1972-ci il noyabrın 5-də anadan olub. O, səhnə fəaliyyətinə "İlham" Miniatür Teatrından başlayıb. Hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında uğurla fəaliyyət göstərir. Gülçöhrə Abdullayeva V.Adıgözəlov və Anarın “Aldın payını çağır dayını” ( Xəbərçi Xədicə), O.Rəcəbov A.Babayevin ”Şeytanın yubileyi” (Şamiyyə), S.Ələsgərov və Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu” (Xanım), C.Quliyev və Ə.Əmirlinin “Yeddi məhbusə anası” (Tomris), F.Sücəddinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” (Ziba), O.Zülfüqarov və R.Heydərin “Şəngülüm, Şüngülüm, Məngülüm” (Şəngülüm və Tülkü), R.Mirişli və M.Haqverdiyevin “Amerikalı kürəkən” (Nəzakət və Səkinə), S.Fərəcov və Ə.Nesinin “Şəhərdə manyak var” (Kar qadın), E.Sabitoğlu və Y.Şvartsın “Qırmızı papaq” (Tülkü və Ana), E.Şabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı”(Ceyran və Maral), R.Şəfəq və Ə.Səmədlinin "Baş tutmayan hiylə” (Tülkü), E.Sabitoğlu və C.Məmmədovun “www.Ferzeli-kef.com” (Bağdagül), F.Allahverdi və Elçininin “Baladadaşın toy hamamı” (Umxanım), rus xalq nağıllarının motivləri əsasında Ə.Hacıyevin hazırladığı “Qoğal” (Dovşan), Ə.Əmirlinin "Nuri-didə Ceyhun”(Sayad), Ə.Əlizadə, R.Sef və T.Karelinanın “İki küpəgirən qarı” (Küpəgirən qarı), O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər” (Tülkü), A.Tolstoy və A.Rıbnikovun “Buratino” (Artimon, Tartilla, E.Sabitoğluvə Y.Şvartsın “Qırmızı papaq” (Tülkü), və digər tamaşalarda biri-birindən maraqlı rollar oynamışdır. Gülçöhrə Abdullayeva həm də “Kənddən gələn var” (1997), “Şirin bülbül” (2000), “Yanmış körpülər” (2003), “Təlatüm” (2006) filmlərində də yaddaqalan obrazlar canlandırmışdır.