Sevinc Məmmədova
Məmmədova Sevinc Nizami qızı, 1980-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 33№li Uşaq Musiqi Məktəbinin fortepiano sinfini bitirib. 1997-ci ildə orta məktəbi bitirib. 1994-95-ci illərdə "7-17 sübh şəfəqləri” (AzTV) uşaq müsabiqəsinin laureatı adını qazanıb. 1997-ci ilə qədər Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illər ərzində Azərbaycanı Şotlandiyada, Kiprdə, Türkiyənin İstanbul, Ankara, Ağşəhər, Konya və digər ölkə və şəhərlərdə müxtəlif festival və müsabiqələrdə təmsil edib. 1997-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kulturalogiya” ixtisası üzrə təhsil alıb.
2000-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına balet artisti vəzifəzinə qəbul edilib.Teatrda balet artisti kimi işlədiyi müdət ərzində bir çox tamaşalarda iştrak edib. Bir sıra tamaşalarda əsas rəqs partiyalarının ifaçısı olub.
Sevinc Məmmədova 2004-cü ildən etibarən rejissor assistenti kimi müxtəlif tamaşaların hazırlanmasında iştrak edib. Bu müddət ərzində "Yatmış gözəl və cırtdanlar” (Ş.Pero), "Arşın mal alan” (Ü.Hacıbəyli), "Baladadaşın toy hamamı” (Elçin), "O olmasın, bu olsun” (Ü.Hacıbəyli), "Qodonun intizarında” (S.Bekket, F.Qarayev), "Silva” (İ.Kalman), "999-cu gecə” (F.Əmirovun musiqiləri əsasında), "Buratino” (A.Rıbnikov və A.Tolstoy), "Balaca şahzadə” (A.S.Ekzüperi və R.Ağababyev), "Bremen musiqiçiləri və Pen”, (A.Sadıqov ) "Qırmızı papaq” (E.Sabitoğlu və Y.Şvarts), "Qoğal” (Ə.Hacıyev) tamaşalarını idarə etmişdir.