Rəviyyə Əliyeva

Rəviyyə Elbrus qızı Əliyeva 15 iyul 1994-ci ildə Bakı şəhərində anadan olub.
2001-2013-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində “Xalq rəqs ansamblı artisti” ixtisası üzrə oxuyandan sonra, 2018-2023-cü illərdə Bakı Xoreoqrafiya Akdemiyasının “Rəqs müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb.
1 mart 2012-ci il tarixindən Akademik Musiqili Teatrda balet artisti vəzifəsində çalışır.
Teatrda işlədiyi müddət ərzində repertuarda olan bir çox tamaşalarda – “Bankir adaxlı”, “Qızıl toy”, “Toya bir gün qalmış”, “Ər və arvad”, “Talelər qovuşanda”, Fransızsayağı qarnir”, “999-cu gecə”, “Leyli və Məcnun”, “Paris Notr-Drama ithaf”, “Bəxtiyar”, “Sevənlərindir dünya”, “ Skapenin kələkləri”, “Arşın mal alan“, “Qırmızı papaq”, “Qoğal”, “Yatmış gözəl”, “Evdə tək”, “Dəcəl çəpişlər”, “Düyməcik”, "Yağış göbələyin macərası”, “Buratino”, “İki küpəgirən qarı” və digər səhnə əsərlərində çıxış edib.