Məhəmməd Abdullayev

Məhəmməd Qurban oğlu Abdullayev 29 mart 1997-ci ildə Bakıda anadan olub. 
2010 – 2015-ci illərdə Bakı Xoreqorafiya Məktəbinin “Xalq rəqsləri” bölməsində oxuyub. 2015 – 2018-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında “Baletmeyster” ixtisası üzrə bakalavr, 2021 – 2023-cü illərdə isə magistr təhsili alıb. 
2013-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti vəzifəsində çalışır. 
Teatrın repertuarındakı bir cox tamaşalarda (“Bankir adaxlı”, “O olmasın, bu olsun”, “Silva”, “Qısqanc ürəklər”, “Ər və arvad”, “Toya bir gün qalmış”, “Paris Notr-Dama ithaf”, “Leyli və Məcnun”, “Bir nəfəs qədər”, “999-cu gecə”, “Amerkalı kürəkən”, “Baladadaşın toy hamamı”, “Fransızsayağı qarnir”, “Mən dəyərəm min cavana”, “Qafqazlı qardaşqızı”, “Yatmış gözəl”, Kimyagər”, “Qızıl toy”, “Sevənlərindir dünya” və s.) solist olaraq cıxış edib. Teatrın “Məchul pilləkən” balet tamasasının və “İki küpəgirən qarı” tamaşasının quruluşçu baletmeysteridir.