Roman Krasnov

Roman Viktoroviç Krasnov 20 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Bakı Xoreoqrafiya Məktəbinin "Xalq rəqsləri" şöbəsində təhsil alıb. 
 1 oktyabr 2005-ci il tarixindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində "O olmasın, bu olsun", "Ər və arvad", "Xanuma", "Hələlik", "Adamın adamı", "Əlin cibində olsun", "Maritsa", "Silva", "Şən dul qadın", "Məhəbbət oyunu", "Qısqanc ürəklər", "Bankir adaxlı", "Şeytanın yubileyi", "Bir günlük siğə", "Volqalı canan", "Bəydullanın möhtəşəm toyu", "Kimyagər", "Mən dəyərəm min cavana", "Şəhərdə manyak var", "Səhnədə məhəbbət", "Çılğın qaskoniyalı", "Fransızsayağı qarnir", "Skapenin kələkləri", "Talelər qovuşanda", "Məsmə xala dayımdır", "Bayadera", "www.fərzəli - kef.com", "Qırmızı papaq", "Şəngülün, Şüngülüm, Məngülüm", "İki küpə girən qarı", "Milyonçunun dilənçi oglu", "Əlin cibində olsun", "Amerikalı kürəkən", "Kimdir müqəssir?", "Yeddi məhbusə anası", "Evlənmə", "Qızıl toy", "Bu bizik – Musiqili teatr" ,"Bəxtiyar", "Əliqulu bu gün evlənir", "Leyli Məcnun", "Sən elə bir zirvəsən", "Sevənlərindir dünya", "Nəğməmə inan", "Məchul pilləkən", "Beş manatlıq gəlin", "Paris Nort-Dama ithaf", "999-cu gecə", "Amerikalı kürəkən", "Qafqazlı qardaşqızı", "Baladadaşın toy hamamı", "Qızıl toy", "Sehrli nəğmə", "Buratino", "Balaca şahzadə", "Qorxma, mən səninləyəm!”, "Bir dəfə Bağdadda", "Düyməcik", "Yağış göbələyinin macərası", "Qoğal", "Qızıl cücə", "Bremen musiqiçiləri və Pen"  kimi tamaşalarda həm kollektiv, həm solo rəqs nömrələrində, həm də artist-vokalist kimi iştirak edib. 2018 – 2020-ci illərdə Musiqili Teatrda baletmeyster assistenti vəzifəsində calışıb.
 2018-ci ildə “Mövsümün ən yaxşı balet artisti” nominasiyasında diplomla təltif edilib.