Elxan İsmayılov
İsmayılov Elxan İsmayıl oğlu 24 iyul 1974-cü ildə Tovuz rayonunda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram teatrı və kino aktyoru» fakültəsinə daxil olmuşdur. 1997-ci ildə həmən fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppasına işə qəbul olunmuşdur. 1994-1999-cu illərdə balet artisti kimi fəaliyyət göstərmişdir. Həmin illərdə «Pominalnaya molitva», «Filumeno Marturano», «Tsıqan premyer», «Semeynıy uikend», «Hicran», «Hərənin öz ulduzu», «Qızılgül», «İki küpəgirən qarı», «Nəğməli Könül», «Silva», «O olmasın, bu olsun», «Hələlik», «Qızıl toy», «Bir başqa gecə», «Bez jenşin jit nelzya na svete» tamaşalarında iştirak etmişdir. 1997-ci ildən aktyor ştatına keçirilmişdir. Teatrda işlədiyi müddət ərzində Rəhim (“Bir dəfə Bağdadda” E.Sabitoğlu, V.Kolmanovski), Nəzir («Hərənin öz ulduzu» S.Ələsgərov, İ.Məlikzadə), Mustafa(«Nəğməli Könül» E.Sabitoğlu, X.Hasilova) Aşpaz («Məhəbbət oyunu» C.Quliyev, Q.Rəsulov) Ofisiant («Səhnədə məhəbbət» S.Fərəcov, Ə.Əmirli) Evlər müdiri («Talelər qovuşanda» R.Hacıyev) Doktor Şəkərli («Əlin cibində olsun» O.Rəcəbov, A.Babayev), Şair («Məsmə xala dayımdır» R.Mustafayev, C.Məmmədov) Meyxanaçı («Şeytanın yubileyi» O.Rəcəbov, A.Babayev), İmperator («Tsıqan premyer» İ.Kalman) Vikond Kaskada («Şən dul qadın» F.Leqar), Məlik İbn Səid («Bir saat xəlifəlik» R.Şəfəq, A.Şaiq), Notarius («Silva» İ.Kalman), Vəli («Arşın mal alan» Ü.Hacıbəyli), Səfi («Ər və arvad» Ü.Hacıbəyli), Yaiçnitsa («Evlənmə» N.V.Qoqol), Əmirqulu («Baladadaşın toy hamamı» F.Allahveri, Elçin), Dilənçi («Mən dəyərəm min cavana» F.Sücəddinov, T.Vəliyeva), Lüdovik («Paris Notr-Dama İthaf» V.Hüqo, səhn. S.Qulamov), Möhsün («Beş manatlıq gəlin» S.Rüstəmov, M.S.Ordubadi), Mirhəmid («Bəxtiyar» T.Quliyev, B.Laskin, N.Rojkov), Axund («Toya bir gün qalmış» Ə.Səmədli), Kral Yubet (“Yatmış gözəl və cırtdanlar”) kimi rolları ifa etmişdir.