Əliməmməd Novruzov
Əliməmməd Kamal oğlu Novruzov 5 mart 1979-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Akademiyasının hazırlıq şöbəsində oxuyub. 2006-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsinə işə qəbul olunub. Bu müddət ərzində repertuarda olan "O olmasın, bu olsun", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun", "Məsmə xala dayımdır", "Maritsa", "Talelər qovuşanda", "Volqalı canan", "Silva", "Bəydullanın möhtəşəm toyu", "Çılğın Qasqoniyalı", "Bir günlük siğə", "Aldın payını, çağır dayını", "Şeytanın yubileyi" və s. bu kimi tamaşalarda xor artisti kimi iştirak edib. Ə.Novruzov 2008-ci il tarixindən teatrın rus bölməsində artist-vokalist vəzifəsində çalışır. İfa etdiyi, Rons "Silva" (İ.Kalman), Çeko, Penijik "Maritsa" (İ.Kalman), Meşəbəyi "Qırmızı papaq" (E.Sabitoğlu, Y.Şvarts), Boqon "Şən dul qadın” (F.Leqar), Kapuçin "Neistvıy qaskoneç” (Q.Qarayev), Devi “Bayadera” (İ.Kalman), Smarçok "Yağış göbələyinin məcarası” (R.Şəfəq, V.Zimin), Corc "Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir” (M.Kamolleti), Qurbağa "Düyməcik” (H.X.Andersov), Vəli “Arşın mal alan” (Ü.Hacıbəyli), Aşbaz “Ər və arvad” (Ü.Hacıbəyli), Rza bəy “O olmasın bu olsun” (Ü.Hacıbəyli), Kök kişi “Şəhərdə manyak var” (S.Fərəcov, Ə.Nesin), Əli Əyrizadə “Aldın payını çağır dayını” (V.Adıgözəlov, Anar), Niko "Xanuma” (V.Dolidze, A.aqarelli), Hacı Nuri, Dəvriş, “Kimyagər” (S.Kərimi, M.F.Axundov), Silvestr “Skapenin kələkləri” (J.B.Molyer), Nümayəndə "Bankir adaxlı” (E.Sabitoğlu, T.Vəliyeva), Əcnəbi oğlan "Qızıl toy” (O.Kazimi, R.Heydər) rolların oynamışdır. Hacı Qara “Hacı Qara” (M.F.Axundzadə) Şoumen “Balaca Şahzadə (A.Ekzüperi, R.Ağababayev), Qulam “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. Dilsuz), Poçço “Qodonun intizarında” (F.Qarayev, S.Bekket), Böyük oğul “Toya bir gün galmış” (Əli Səmədli), Eşikağası “999 gecə” (F.Əmirov və "1001 gecə” nağıllarının motivləri əsasında), Əli, Totuş “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov), Hətəmov “Qafqazlı qardaşqızı” (R.Hacıyev), Rəhim “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kalmonovski) Murad "Baladadaşın toy hamamı” (F.Allahverdi, Elçin), Baş Təlxək “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhn. S.Qulamov), Karandışev “Lara Martin’s Jazz Club” (A.Ostrovski), Bəyaz Batır (“Sevənlərndir dünya” Ə.Pəhləvan), Yusif (“Bəxtiyar” T.Quliyev, B.Laskin, N.Rojkov), Rəhim (“Bir dəfə Bağdadda” E.Sabitoğlu, V.Kolmanovski) kimi obrazlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.