Arzu Rzayev

Arzu Asif oğlu Rzayev 5 mart 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1969-1979-cu illərdə 190 saylı məktəbdə oxuyub. 1980-ci ildə Xalq Təsərrüfatı İnstitutunun mühasibat və onun analizi fakültəsi təhsil alıb.
Əmək fəaliyyətinə elə orta məktəbi bitirdiyi illərdən başlayıb. 
1981-1983-cü illərdə keçmiş Sovet ordusunda hərbi xidmətdə olub. 
1989-2023-cü illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında direktor muavini vəzifəsində çalışıb.
 Arzu müəllim həmin dövrlərdə teatrın nümayəndə heyətinin tərkibində Türkiyə, Almaniya, Fransa və dünyanın bir sıra ölkələrində təşkil edilən nüfuzlu beynəlxalq teatr festivallarında, o cümlədən ölkəmizdə keçirilən dövlət əhəmiyyətli tədbirlərdə iştirak edib. 
44 Günlük Vətən müharibəsi dönəmində aktiv fəaliyyəti ilə seçilən Arzu müəllim Zəfərimizdən sonra da Şuşada düzənlənən "Xarı bülbül" festivallarına və Qarabağda keçirilən digər tədbirlərə qatılıb. 
 O, 2023-2025-ci illərdə  Abşeron Rayon Mədəniyyət Mərkəzinin direktoru olub.
2025-ci ilin aprel ayından Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor muavini vəzifəsində işləyir.
2007-ci ildə ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi,  2012-ci ildə isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi Fəxri mədəniyyət işçisi adlarına layiq görülüb. 
Ailəlidir, iki övladı var.