Səmid İsgəndərov

Səmid Rafiq oğlu İsgəndərov 9 dekabr 2006-cı ildə Şamaxı rayonunda anadan olub. 2012-ci ildə Şamaxı rayonu 5 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. Məktəbdə təhsil aldığı illərdə bir çox rəqs dərnəklərində iştirak edib.
2018–2021-ci illərdə təhsilini Bakı Xoreoqrafiya Akademiyasında davam etdirib.
2022–2025-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsində “Xoreoqrafiya sənəti” ixtisası üzrə bitirib.
4 iyun 2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti vəzifəsinə qəbul olunub. Fəaliyyəti dövründə “Leyli və Məcnun”, “Əliqulu evlənir”, “Paris Notr-Dama ithaf”, “O olmasın, bu olsun”, “Balaca Şahzadə”, “İki küpəgirən qarı”, “Ər və arvad” və digər tamaşalarda çıxış edib.
2025-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının ali təhsil pilləsinə qəbul olunub və hazırda həmin təhsil müəssisəsinin 1-ci kurs tələbəsidir.