Firuzə Cəfərova

Cəfərova Firuzə İbadət qızı 30 dekabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 14 yaşında Sumqayıt şəhərində keçirilən şeir müsabiqəsində 2-ci yerə çıxıb. Məktəb illərində yaratdığı ilk obrazı "Lalə və Dursun" musiqili komediyasından Lalə olub. Sumqayıtda keçirilən bir çox tədbirlərdə aparıcı kimi çıxış edib. 2019-2024-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin Musiqili teatr aktyoru” ixtisasına daxil olub. “Zoluşka" tamaşasında Matilda, “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasında Şəhrəbanu xanım rolunda çıxış edib. Universitet illərindən bir çox film və reklam çarxlarında iştirak edib. 2024-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili teatrında vokal artisti-solist vəzifəsində çalışır.