Murad Əliyev

Əliyev Murad Əli oğlu 1986-ci ilin dekabrın 2-də Bakı şəhərində anadan olub. 
1993-cü ildə 214 saylı orta  məktəbin 1-ci sinfinə daxil olub. 
1994–2006-cı illərdə Bakı Xoreoqrafiya məktəbinin  "Xalq rəqs ansamblı artisti" ixtisasını bitirib. 
2004-ci ilin 18 fevralından   Azərbaycan Dövlət Akademik Musiqili Teatrına Balet artisti, 2007-ci ildə Baletmeyster assistenti vəsifəsinə təyin olunub. 
Demək olar ki, teatrın repertuarındakı əksər tamaşalarda ("Bankir adaxlı", "O olmasın, bu olsun", "Məhəbbət oyunu", "Şən dul qadın", "Silva", "Maritsa", "Məsmə xala dayımdı", "Çılğın qaskoniyalı", "Qısqanc urəklər", "Xanuma", "Ər və Arvad", "Toya bir qun qalmış", "999-cu gecə", "Şəhərdə Manyak var", "Yeddi məhbusə anası", "Beydullanın möhtəşəm toyu", "Səhnədə məhəbbət" , "Volqalı canan", Evlənmə", "Fransızsayagı qarnir", Skapenin Kələkləri", "Beydulahın möhtəşəm toyu", "Qızıl cucə", "Milyoncunun dilənci oglu", "İki kupə girən qarı", "Yatmış gozəl", "Piter Pen", "Mən dəyərəm min cavana", "Amerikalı kurəkən", "Şeytanın yubeleyi", "Aldın payını cağır dayını", "Baladadaşın toy hamamı", "Qafqazlı qardaşqızı",  "Düyməcik" ) iştirak edib. 

Murad Əliyev bir çox tamaşalarda həm solo rəqslərin ifaçısı, həm də aktyor kimi çıxış  edib. 
2018-ci ildən "İdeal" şirkətinə satıcı- məsləhətci vəzifəsinə işə qəbul olub.
2019-cu ildə həmin şirkətdə ekspert-məsləhətci vəzifəsinə keçirilib.
2024-ci ilin dekabr ayından Azərbaycan Dovlət Akademik Musiqili Teatrına dəvət alaraq yenidən baletmeyster assistenti vəzifəsində çalışmağa başlayıb.