Firus Məmmədov
Firus Məmmədov 12 may 1953-cü ildə Ukraynanın Debaltsev şəhərində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının «Solo oxuma» fakültəsini bitirib. 1992-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına solist-vokalist vəzifəsinə qəbul olunub. İşlədiyi müddət ərzində Emin Sabitoğlu «Bir dəfə Bağdadda»da Bəhram, Harun Əl Rəşid, İmre Kalman «Silva»da Edvin Volyapyuk, Ferri Kolman, İmre Kalman «Maritsa»da Tasilla, Frans Leqar «Şən dul qadın»da Qraf Danilo, İmre Kalman «Tsıqan premyer»də Pali Raç, Qara Qarayev «Neistovıy Qaskonets»də Kristian, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Süleyman, Mark Kamoletti «İqraem v drujnuyu semyu ili qarnir po fransuzki»də Corc, Jan Botis Molyer «Skapenin kələkləri»ndı Arqant, Rauf Hacıyev “Qafqazlı qardaşqızı”da Cavanşirov, Polad Bülbüloğlu, Mixail Şerbaçenko “Nəğməmə inan”da Sərnişin, Emin Sabitoğlu, Yevgeniy Şvarts “Qırmızı papaq”da Ayı, H.X.Anderson “Düyməcik”də May böcəyi, və s. kimi rolları ifa edib. Firus Məmmədov eyni zamanda 1998-ci ildən Opera və Balet Teatrının solistidir. Orada da bir sıra yadda qalan obrazlar yaratmışdır. Bunlardan «Traviata»da Baron, «Riqoletto»da Baron Yeprano, «Boqema»da Benua, «Karmen»də Marales rollarının adını çəkmək olar.