Azər Pənahov

Azər Şahin oğlu Pənahov 5 sentyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 204 saylı orta məktəbin 1-ci sinfinə daxil olub.
2012–2017-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında “Xalq rəqs ansamblı artisti” ixtisası üzrə təhsil alıb. 2017–2021-ci illərdə Türkiyə Respublikasının Mersin Dövlət Universitetinin Sənətşünaslıq fakültəsini bitirib.
1 may 2023-cü ildən etibarən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti vəzifəsində fəaliyyət göstərir.
Teatrın repertuarına daxil olan bir çox tamaşalarda — “O olmasın, bu olsun”, “Silva”, “Ər və arvad”, “Toya bir gün qalmış”, “999-cu gecə”, “Fransızsayağı qarnir”, “Amerikalı kürəkən”, “Bəxtiyar”, “Mən dəyərəm min cavana”, “Adamın adamı”, “Qafqazlı qardaş qızı”, “Bremen musiqiçiləri və Piter Pen”, “Yatmış gözəl”, “Küpə girən qarı”, “Əliqulu bugün evlənir”, “Baladadaşın toy hamamı”, “Gülçöhrə və Əsgər”, “Paris Notr-Dama ithaf”, “Balaca şahzadə”, “Qorxma, mən səninləyəm”, “Sən kralsan” və digər səhnə əsərlərində iştirak edib.
Azər Pənahov həm də “Leyli və Məcnun” tamaşasında Məcnunun ruhu obrazını canlandırır.