Jamila Mansurova

Mansurova Jamila Babək qızı 1998-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olub. 2005-ci ildə Nəsimi rayonu 258 nömrəli məktəbin 1-ci sinfinə daxil olub. 2009-2016-cı illərdə Bakı Xoreoqrafiya Akademiyasını "Klassik rəqslər və balet" üzrə bitirib. 2015 - 2016-cı illərdə Azərbaycan Dövlət Akademik Opera ve Balet Teatrında “balet artisti”, 2017-ci ildə Bakı Gimnastika Məktəbində xoreoqraf kimi çalışıb. 2019-cu ildə Dubayda “Global Villagede” Azərbaycan pavillionunda milli rəqslərimizi təqdim edib, 2020-ci ildə Türkiyənin İstanbul şəhərində “Kardeşlik destanı” adlı layihəsində də çıxış edib. Bundan başqa "Anadolu ateşi" ansablının konsertlərində də fəal olub. 2022-ci ildə Antalyanın O, “Şaman-dans" teatrosunda çalışıb. 2022-ci ilin yanvar ayından Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti olaraq işə başlayıb. Teatrın repertuarına daxil olan bir çox tamaşalarda iştirak edir.