Bacıxanım Sadıqova
Sadıqova Bacıxanım Şalon qızı 26 avqust 1968-ci ildə Füzuli rayonunun 3-cü Mahmudlu kəndində anadan olub. Orta təhsilini Füzulinin Gecəgözlü kəndində alıb. 1993-cü ildən məcburi köçün kimi Bakıda məskunlaşıb.
2000-2003-cü illərdə Asəf Zeynallı adına Musiqi Kollecində Xalq artisti Ağaxan Abdullayevin sinfini bitirib. 2004-2008-ci illərdə Azərbaycan Milli Konservatoryasının Muğam sinfində Xalq artisti Səkinə İsmayılovanın tələbəsi olaraq, ali məktəbi qırmızı diplomla başa vurub. Bir müddət Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında, daha sonra Muğam Teatrında çalışıb. Müsabiqələrdə, dövlət tədbirlərində aktiv iştirak edib.
2021-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Tearında fəaliyyət göstərir. Teatrda çalışdığı müddətdə “Leyli və Məcnun” (Ü.Hacıbəyli, M.Füzuli) tamaşasında Məcnunun anası rolunu ifa edib.