İqrar Salamov
İqrar Zakir oğlu Salamov 5 noyabr 1970-ci ildə Şəkinin Babaratma kəndində anadan olub. 1978-88-ci illərdə orada orta məktəbdə oxuyub. 1988-ci ildə Bakı Musiqi Gimnaziyasının "Səs" şöbəsini bitirib. Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili Teatr aktyoru" şöbəsinə daxil olan İ.Salamov 1993-cü ildə ali təhsilini başa vurub.1993-1995-ci illərdə Şəki Dövlət Dram Teatrının, 1996-cı ildən 2013-cü ilə kimi Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru olub.
2013-cü ildən 2019-cu ilədək yenidən Şəki Dövlət Dram teatrında fəaliyyətini davam etdirib.
2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur. O, Musiqili Teatrda işlədiyi qısa müddətdə “Beş manatlıq gəlin”də ( S.Rüstəmov, M.S.Ordubadi) Möhsün, “Sehrli nəğmə”də (P.Korotıç, tərc.A.İsmixanova) Baba, "Balaca "Şahzadə"də (R.Ağababayev, A.Ekzüperi,) Əyyaş, "Baladadaşın toy hamamı"nda (F.Allahverdi, Elçin) Əmirqulu, "Kimyagər"də (S.Kərimi, M.F.Axundzadə) Molla Salman, “Bəxtiyar”da (T.Quliyev, B.Laskin, N.Rojkov) Dmitri Verxovski, “Amerikalı kürəkən”də (R.Mirişli, M.Haqverdiyev) Cəfər, “Sevənlərindir dünya”da (Ə.Pəhləvan) Hacı dayı, “Molla Nəsrəddinin beş arvadı”nda (İ.Sadıqov) Qədir, “Toya bir gün qalmış”da (Ə.Səmədli) Axund və digərlər tamaşalarda yaddaqalan obrazlar yaratmışdır.
2012-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.