Cəlal Isayev
Cəlal Rafael oğlu İsayev 5 mart 1996-cu ildə Gəncə şəhərində anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Milli Konservatoriyasının İfaçılıq fakültəsinin, milli vokal ixtisasını bakalavr, 2019-2021-ci illərdə isə magistr dərəcəsi üzrə təhsil alıb. 2019-cu ildə “İstedadlı Gənclərin Estrada – Vokal Müsabiqəsi”nin laureatı olmuşdur. 2022-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xor artisti vəzifəsində çalşır.
Bu müddət ərzində repertuarda olan “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “999-cu gecə”, “Amerikalı kürəkən”, “Bir dəfə Bağdadda”, “Qafqazlı qardaşqızı”, “Qısqanc ürəklər”, “Qızıl toy”, “Talelər qovuşanda”, “Toya bir gün qalmış”, “Sevənlərindir dünya”, “Adamın adamı”, “Beş manatlıq gəlin”, “Leyli və Məcnun”, “Baladadaşın toy hamamı”, “Paris Notr-Dama ithaf”, “Bəxtiyar”, “Qadınım”, və s. tamaşalarda xor artisti kimi iştrak edib.