Fərid Əliyev
Əliyev Fərid Fərhad oğlu 29 mart 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildən 1990-cu ilədək 175 saylı orta məktəbdə oxuyub. 1990-cı ildən 1994-cü ilədək Ə.Əzimzadə adına Rəssamlıq texnikumunda təshil alıb. 1994-cu ildən 1998-ci ilədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 1998-2002-ci il Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib.
2002-2004-ci illərdə Bakı Musiqi Akademiyasında magistr təhsil alıb.
1998-2000-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında butaforçu dekoru, 2000-ci ildə Əzim Əzimzadə adına texnikumda direktor muavini, 2001-2006-cı illərdə BMA-sında solist- konsertmeyster, 2006-2008 Azərbaycan Dövlət Filarmoniyasında solist, 2008-2021-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solist-vokalist vəzifələrində işləyib.
2021-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışan aktyor bir çox tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Sərvər Səttarov "Nəğməmə inan" (Polad Bülbüloğlu, Mixayıl Şerbaçenko), Paratov "Lara Martin's Jazz Club" (A.N.Ostrovski) və digər obrazların adlarını qeyd etmək olar.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən" layihəsində də iştirak edir.