Nahid İsgəndərzadə

Nahid Əliağa oğlu İsgəndərzadə 26 iyun 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
1996-2000- ci illərdə Nərimanov rayonu 304-saylı orta məktəbdə təhsil alıb.
2000-2007-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində ”Vokal” ixtisası üzrə, 2010 — 2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqili Teatr Aktyoru” ixtisası üzrə təhsil alıb.
2012-ci ilin fevral ayından Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xor artisti vəzifəsində çalışır. Səs tembri tenordur. Teatrda işlədiyi müddətdə ”Ər və arvad”, ”Leyli və Məcnun”, ”Qısqanc ürəklər”, ”Talelər qovuşanda”, ”Beş manatlıq gəlin”, ”Kimyagər, ”Qafqazlı qardaşqızı”, ”Yeddi məhbusə anası”, ”Amerikalı kürəkən”, ”Bankir adaxlı”, ” Əliqulu evlənir”, ”Mən dəyərəm min cavana”, ”999-cu gecə”, ”Kadınım”, ”Bəxtiyar”, ”Hərənin öz ulduzu”, ”Qızıl toy”, ”Silva”, ”Bir dəfə Bağdadda”, ”Toya bir gün qalmış”, ”Nuri-didə Ceyhun”, ”Qırmızı papaq”, ” Əsgər və Gülçöhrə”, ”Sən kralsan”, “Paris Notr-Dama ithaf” və s. tamaşalarda xor artisti kimi çıxış edib. Bundan əlavə ”Adamın adamı” tamaşasında Usta, ”O olmasın, bu olsun” da Dərviş və Molla, ”Nəğməmə inan” da Barmen, ”Qorxma mən səninləyəm” də Hərbiçi, ”Baladadaşın toy hamamı” tamaşasında Peyinsatan, ”Sevənlərindir dünya” da Ofisiant, ”Yatmış gözəl və cırtdanlar” da Cırtdan,"Mesenat" da fotoqraf Əhməd bəy rolunda aktyor kimi çıxış edib.