Svetlana Bulax
Bulax Svetlana Mixaylovna 28 may 1950-ci ildə Donetsk vilayətində anadan olub. 1969-cu ildə Kiyev Dövlət Musiqili Komediya Teatrının nəzdnində «Teatr kadrlarının hazırlanması» üzrə teatr studiyasına qəbul olunub və 1971-ci ildə «Operetta aktrisası» peşəsinə yiyələnərək oranı bitirb. 1971-1973-cü illərdə Şevçenko adına Kirovoroc Rus Dövlət Musiqili Dram Teatrında işləyərkən İ.Kalman «Koroleva Çardaşa»da Stasi, İ.Kalman «Maritsa»da Lizoçka, A.Kuzneov «Moskovkiye kanikulı»da Katya, İ.Dunayevski «Volnıy veter»də Pepitta, V.Dimityev «Noçnoy neznakomets»də Tanya, E.Şevadzuçiy «Proşalnıy ujin»də Valentina, N.Dumbadze «Ne bespokoysa mama»da Mziya, P.Çayakovski «Doktor Aybolit»də Çi-çi, L.Ustinov «Jivaya muzaka»da Dovşan və s. kimi rolları ifa edib. 1982-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçüb. 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə qəbul olunub. İşlədiyi müddət ərzində F.Qarayev, E.Flippo «Filumena Marturano»da Diana, Q.Qriqorin «Pominalnaya molitva»da Qolda, E.Sabitoğlu, Y.Şvarts «Qırmızı papaq»da Tülkü, H.K.Anderson «Düyməcik»də Qurbağa, E.Sabitoğlu, V.Kolmanovski «Odnajdı v Baqdade»də Afət, R.Hacıyev «Perekrostok»da Dodo, İ.Kalman «Tsıqan premyer»də qrafinya İrini, İ.Kalman «Silva»da Yulianna, İ.Kalman «Maritsa»da Bojena, F. Leqar «Vesyolaya vdova»da Miliça, İ.Kalman «Bayadera»da Marietta, İ.Kalman «Qalandoçka»da Elli, J.Ofenbax «Şutki Jaka Ofenbaxa»da Madam Balandar, O.Feldman «Vse naçinaetsa s lyubvi»də Lena Ostapçuk, F.Qarayev, E.Flippo «Filumeno Marturano»da Dianna, M.Komaletti «İqraem v drujnuyu semyu ili qarnir po fransuzkiy»də Syuzetta, Ü.Hacıbəyli «Arşın mal alan»da Telli, Cahan xala, V.Ulanovski «Qızıl cücə»də Tülkü, Ə.Əlizadə, R.Sef, T.Karelina «İki küpə girən qarı»da Küpəgirən qarı, R.Ağayeva, A.Kurdlyanski, A.Xayt «Nu volk poqodi»də Nif- nif, M.Kamoletti J.B.Molyer «Skapenin kələkləri»ində Nerina və s. kimi rolları ifa edib. Bundan başqa uşaq tamaşalarında ikinci rejissorluq etmişdir. Bunlardan V.Ulanovski, V.Orlov «Qızıl cücə», Ə.Əlizadə, R.Sef, T.Karelina «İki küpəgirən qarı», R.Ağayeva, A.Kurdlyanski, A.Xayt «Nu volk poqodi» tamaşalarının adını çəkmək olar. Həmçinin «Məhəllə Moskvada» filmində Rus qadını obrazını canlandırıb.