Almaz Ələskərli
Ələsgərova Almaz Ramiz qızı, 6 oktyabr 1966-cı ildə Bakı şəhərində anadan olub. 1985-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru” fakültəsində təhsil alıb. 1987-1988-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) solist kimi fəaliyyət göstrərib. 1985-ci ildə "Bakı payızı-85” estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1998-ci ildə "Bakı payızı-88” estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. Daha sonralar 1988-1995-ci illərdə R.Behbudov adına Mahnı Teatrında vokal artisti kimi çalışıb. Həmin illər ərzində SSRİ xalq artisti, görkəmli sənətkar Rəşid Behbudovla dünyanın ən müxtəlif ölkələrində Azərbaycan musiqi mədəniyyətini təmsil edib. 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən «Oştun azem tündörü» festivalının qalibi olub. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə «Yaxşıların yaxşısı-2000» müstəqil Milli mükafatı olan «İlin ən yaxşı qadın müğənnisi» adına layiq görülüb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətlə məşğul olub. 2016-cı ildən Musiqili Teatrda vokal artisti-solist kimi çalışır. Musiqli Teatrın səhnəsində “Amerikalı kürəkən” də Tünzalə (R.Mirişli, M.Haqverdiyev), “Arşın mal alan”da Cahan xala (Ü.Hacıbəyli), “O olmasın, bu olsun” da Sənəm (Ü.Hacıbəyli), “Baladadaşın toy hamamı” tamaşasında Şəfiqə (F.Allahverdi, Elçin) obrazlarını canlandırıb.
2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adına layiq görülüb.