Tural Məsimov

Tural Asif oğlu Məsimov 9 iyun 1993-cü ildə Qəbələ rayonu Corlu kəndində anadan olub. 2008-2012-ci illərdə Şəki Pedoqoji Kollecində təhsil alıb. 2015-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasında Milli vokal ixtisası üzrə bakalavr, 2019-2021-ci illərdə isə magistr təhsili alıb.

2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xor artisti vəzifəsində çalışır. Bu müddət ərzində repertuarda olan “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “999-cu gecə”, “Amerikalı kürəkən”, “Bir dəfə Bağdadda”, “Qafqazlı qardaşqızı”, “Qısqanc ürəklər”, “Qızıl toy”, “Talelər qovuşanda”, “Toya bir gün qalmış”, “Sevənlərindir dünya”, “Adamın adamı”, “Beş manatlıq gəlin”, “Leyli və Məcnun”, “Baladadaşın toy hamamı”, “Paris Notr-Dama ithaf”, “Bəxtiyar”, “Qadınım”, və s. tamaşalarda xor artisti kimi iştrak edib.