Aytən Hüseynəliyeva

Hüseynəliyeva Aytən Mehman qızı 16 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2008—2015-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.
2015-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İnstrumental ifaçılıq fakültəsinin fortepiano ixtisasına qəbul olunub və 2019-ci ildə bakalavr pilləsini Fərqlənmə diplomu ilə başa vurub. 2019—2021-ci illərdə isə Bakı Musiqi Akademiyasının fortepiano üzrə magistratura pilləsini Fərqlənmə diplomu ilə bitirib. 2019-cu ildə Sabah qruplarında instrumental ifaçılıq ixtisası üzrə təsilini müvəffəqiyyətlə başa vurub. Respublika və Beynəlxalq müsabiqələr laureatıdır. 2018-ci ildən etibarən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında xor artisti kimi fəaliyyət göstərir. Teatr repertuarındakı bir çox tamaşalarda və mədəni tədbirlərdə iştirak edib.