Fatimə Əhmədova

Əhmədova Fatimə Elxan qızı 2 mart 1992-ci ildə Bakı şəhərində anadan olub.
Bakı Musiqi Akademiyasının "Solo oxuma" fakultəsini bitirib.
Səs tembri "messo soprano"dur.
2013 -cü il 1 aprel tarixindən etibarən Akademik Musiqili
teatrının "Xor artisti" vəzifəsində çalışır.
Bu illər ərzində "O olmasın, bu olsun", "Arşın mal alan",
"Ər və arvad", "Talelər qovuşanda", "Qısqanc ürəklər", "Bankir adaxlı", "Amerikalı kürəkən", "999-cu gecə",
"Toya bir gün qalmış", "Sevənlərindir dünya", "Qırmızı papaq",
"Baladadaşın toy hamamı", "Paris Notr-dama ithaf",
"Əliqulu bu gün evlənir", "Leyli və Məcnun", "Adamın adamı", "Mən dəyərəm min cavana", "Beş manatlıq gəlin", "Nəgməmə inan",
"Qorxma mən səninləyəm", "Bəxtiyar" tamaşalarında
xor artisti kimi iştirak edir.
"Yatmış gözəl" (Avrora)
"Sehirli nəğmə" (Ulduz) və "Qadınım" tamaşalarında solo ifalar edir.