Ələkbər Əliyev
Əliyev Ələkbər Həsən oğlu 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyoru” fakültəsini bitirib, elə həmin il təyinatla Musiqili Komediya Teatrına gəlib. Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan Ə.Əliyev elə ilk addımlarından teatr ictimayətinin diqqətini cəlb edib. İşlədiyi müddətdə bi sıra maraqlı obrazlar silsiləsi yaradan Ə.Əliyev, “Nəğməli Könül”də Ramazan (E.Sabitoğlu, X.Hasilova), “O olmasın, bu olsun”da Sərvər, Məşədi İbad (Ü.Hacıbəyli), “Arşın mal alan”da Vəli (Ü.Hacıbəyli), “Gözün aydın”da Alay (F.Əmirov, M.Əlizadə), “Subaylarınızdan görəsiniz”də Fəğan (S.Ələsgərov, İ.Məlikzadə), “Hicran”da Dadaşbala (E.Sabitoğlu, S.Rəhman), “Bəbirlinin kələkləri”ndə Arif (R.Hacıyev), “Beş manatlıq gəlin”də Qiyas (S.Rüstəmov, M.S.Ordubadi), “Dəli dünya»”da Fərəc (O.Kazımi, F.Məmmədov), “Səhnədə məhəbbət”də Ayxan (S.Fərəcov, Ə.Əmirli), “Məhəbbət oyunu”nda Camal (C.Quliyev, Q.Rəsulov), “Adamın adamı”nda İbiş İbişli (V.Adıgözəlov, Anar), “Məsmə xala dayımdır”da Şükürbəyli (R.Mustafayev, C.Məmmədov), “Volqalı canan”da Doymazov (R.Mustafayev, A.Qüdrət), “Bankir adaxlı”da Nümayəndə (E.Sabitoğlu, T.Vəliyeva), Tamada, “Milyonçunun dilənçi oğlu”nda Eynəkli (S.Ələsgərov, Ş.Qurbanov), “Yeddi məhbusə anası”nda Polis Aslan (C.Quliyev, Ə.Əmirli), “Mən dəyərəm min cavana”da Rüstəm(F.Sücəddinov, T.Vəliyeva), “Xanuma”da Knyaz Pantiaşvili (V.Dolidze, A.Saqarelli), “Kimyagər”də Ağa Zaman(S.Kərimi, Ə.Ol), “Amerikalı kürəkən”də Həkim (R.Mirişli, M.Haqverdiyev), “Bəxtiyar”da Dmitri Verxovski (T.Quliyev B.Laskin, N.Rojkov), “Sehrli nəğmə”də Qoca aşıq (P.Korotıç, tərc. A.İsmixanova), “Ər və arvad”da Mərcan bəy, Kəblə Qubad (Ü.Hacıbəyli), “Toya bir gün qalmış”da Kişi (Ə.Səmədli), “Kimdir müqəssir?”də Qasım bəy (Ə.Haqverdiyev), “www.ferzeli-kef.com” da Fərzəli (E.Sabitoğlu, C.Məmmədov) və s. obrazları orjinallığı və dəqiq ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb. Onun eyni zamanda televiziyada, qastrol səfərlərində ifa etdiyi obrazlar aktyorun təbii istedadından, tükənməz yaradıcılıq potensialından xəbər verir. 2013-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb..