Aydan Əliyeva

Aydan Əbdüləmi qızı Əliyeva 1998-ci ildə Bakı şəhəri, Xəzər rayonu Türkan Qəsəbəsində anadan olub. 
2008-2013-cü illər Mərdəkan 17 saylı Musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. 
2013-2017-ci illər Asəf Zeynallı adına Musiqi kollecinin Fortepiano və Xanəndəlik ixtisasları üzrə bitirib (müəllimləri Gülyaz, Gülyanaq Məmmədovalar, Əlibaba Məmmədov). 
2017-2021-ci illərdə Bakı Musiqi Akademiyasını Bəstəkarlıq ixtisası üzrə professor, bəstəkar Aydın Əzimov və Arif Məlikovun sinfində təhsil alıb.  
2021-2023 -cü illər Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakultəsinin magistr pilləsi üzrə (müəllim Aydın Əzimovun sinfini) oxuyub. 
2019-cu il Cello və Fortepiano üçün 2 pyes- Adajio-Skerso yazıb və bu  əsər Gürcüstanda keçirilən Otar Taktavişvili adlı Beynəlxalq Musiqi Müsabiqədə lll yerə layiq görülüb. 
2021-ci il Türkiyədə keçirilən "Cantabile" adlı Beynəlxalq Müsabiqədə müəllifi olduğu "Simli Kvartet" əsəri Gran-Pri mükafatına layiq görülüb.
 2021-ci il Ukraynada keçirilən "Ukraynada yaşayacağam" adlı Beynəlxalq Müsabiqədə Nizami Gəncəvinin qəzəlinə yazdığı "Ay üzlü nigarım" adlı romansı I yerə çıxaraq tədbirin diplomuna  layiq görülüb. 
Bəstəkar-ifaçının 
 müxtəlif janrlarda əsərləri var. 
2020-ci il Qarabağ müharibəsi zamanı  "Qarabağ qələbəsi" adlı simfonik poema ( l hissə "Əsgərlərin yürüşü", ll hissə  "Suqovuşanın alınması", lll hissə "Şuşa Cıdır düzü səhəri", lV hissə "Döyüş və Qələbə" ) bəstələyib.
2023-cü il "Allahım" adlı  4 hissəli simfonik poema yazıb.
2023-cü il  xor, kamera orkestri, fortepiano üçün "Elegiya" adlı əsəri Azərbaycan Dövlət Filarmoniyasında şəhidlərə həsr olunmuş tədbirdə 400  şəhid anası qarşısında səsləndirilib.
2016-cı ildən Akademik Musiqili Teatrda xor artisti kimi çalışır və teatrın repertuarında olan tamaşalarda iştirak edir.
 50-yə yaxın mahnısı var.
Bunlardan bir neçəsi məşhur ifaçılar tərəfindən səsləndirilib. "Gözəl Azərbaycan" (Əməkdar artist Lalə Məmmədova),"Tutulmuşam" (Rövşən Əziz), "Mahnılar və Sən" (Nazpəri Dostəliyeva & Nihat Məlik), "Mənə bax" - (Röya Ayxan, Aygül Arzum), "Gəlmədin"  (Firuzə Babayeva), "Dünya" (Gülyaz Məmmədova), "Xatirə" (Gülyanaq Məmmədova)  və s.

2024-cü il noyabrın 24-ü Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilib.