Röya Mehralızadə

Röya Bayram qızı Mehralızadə 12 iyul 1999-cu ildə Bakı şəhərində anadan olub. 2006—2017-ci illərdə Bakı Xoreoqrafiya məktəbində, 2017-2022-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasının bakalavr pilləsində təhsil alıb. 12 oktyabr 2017-ci il tarixindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet artisti vəzifəsində işləyir.
Teatrda işlədiyi müddətdə “Ər və arvad”, “Adamın adamı”, “Silva”, “Nuri-didə Ceyhun”, “Bankir adaxlı”, “Toya bir gün qalmış”, “Baladadaşın toy hamamı”, “Kimyagər”, “Mən dəyərəm min cavana”, “Fransızsayağı qarnir”, “www.fərzəli-kef.com”, “Paris Notr dama ithaf”, “Leyli və Məcnun”, “Lara Martin’s jazz club”, “İki küpəgirən qarı”, “Qırmızı papaq”, “Dəcəl Çəpişlər”, “Buratino”, “Yatmış gözəl və cırtdanlar”, “Balaca şahzadə”, “Qızıl toy”, “Arşın mal alan”, “999-cu gecə”, “Nəğməmə inan”, “Bəxtiyar”, “Qorxma, mən səninləyəm” kimi tamaşalarda və dövlət tədbirlərində iştirak edib.