Yaqub Bəhramov

Yaqub Bəhram oğlu Bəhramov 17 iyun 1997-ci il tarixində Bakı şəhərində anadan olub. 2015-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının "Xalq rəqsləri” şöbəsini bitirib. 
15 mart 2014-cü il tarixindən Azərbaycan Akademik Dövlət Musiqili Teatrında balet artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində "O olmasın bu olsun”, "www.fərzəli-kef.com”, "Ər və arvad”, "Baladadaşın toy hamamı”, "Talelər qovuşanda”, “999 cu gecə”, “Fransızsayagi qarnir”, “Qorxma, mən səninləyəm”, “Paris Notr- Dama ithaf”, “Leyli ve Məcnun” və s. tamaşalarda iştirak edib.