Kamran Həsənov

Kamran Zadir oğlu Həsənov 2000-ci ildə Rusiya Federasiyasının Nadım şəhərində anadan olub. 2007-ci ildən etibarən Bakı şəhəri Nizami rayonunda yerləşən 272 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2008-ci ildən rəqs sənəti ilə məşğuldur və bu sahədə ilk addımlarını Nizami rayonunda yerləşən Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində atıb. Həmin illərdə həm Milli rəqslə, həm də bal rəqsləri ilə peşəkar şəkildə məşğul olub.
Bal rəqsləri üzrə keçirilən bir çox müsabiqələrdə müxtəlif mükafatlara layiq görülüb.
"Qəmər Almaszadə adına"  ilk beynəlxalq müsabiqənin lauratçısıdır.
Kamran Həsənov Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Serbiya və digər xarici ölkələrdə keçirilmiş beynəlxalq festivallarda iştirak edib, müxtəlif mükafat və diplomlara layiq görülüb. Eyni zamanda,dövlət tərəfindən təşkil edilən bir sıra önəmli tədbirlərdə çıxış edib.
2014-cü ildə Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas pilləsinə daxil olub. Burada "Milli rəqs" şöbəsini bitirdikdən sonra 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyasının "Baletmeyster" fakültəsinə qəbul olub və 2022-ci ildə həmən fakültəni fərqlənmə diplomu  ilə bitirib.

2018-ci ildən Akademik Musiqili Teatrında "Balet artisti" vəzifəsində fəaliyyət göstərir.

Teatrda çalışdığı müddətdə repertuarda olan "Paris Nort-Dama İthaf”, “Qızıl toy”, “Bəxtiyar”, “Amerikalı Kürəkən”, “Leyli və Məcnun”, “999-cu gecə”, “O olmasln, bu olsun”, “Toya bir gün qalmış”, “Mən dəyərəm min cavana”, “Adamın adamı”, "Talelər qovuşanda", "Beş manatlıq gəlin", "Baladadaşın toy hamamı", "Kimdir müqəssir", "Fransızsayağı qarnir", "Nəğməmə inan", "Qorxma, mən səninləyəm", "Əliqulu bu gün evlənir", "Sevənlərindir dünya", "Kimyagər", "Bir Nəfəs Qədər", "Bir dəfə bağdadda", "Silva", "Qafqazlı qardaşqızı", "Ər və Arvad", "Buratino", "İki küpəgirən qarı", "Yağış göbələyin məcarası", "Yatmış gözəl və cırtdanlar", "Bremen musiqiçiləri və Pen", "Balaca Şahzadə", "Dəcəl çəpişlər", Məchul Pilləkən" kimi səhnə əsərlərin də iştirak edib. 

Eyni zamanda da aktyor kimi “Sehirli Nağmə”(Oğlan), tamaşasında, "Evdə tək"də( Kuryer Pizza) obrazlarında yer alıb.

Kinorejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” bədii filmində epizodik rola çəkilib. 
O, müxtəlif televiziya layihələrində, kliplərdə yer yer alıb.

Bu dövr ərzində Layihə rəhbəri olduqu “Flamenco”, “Rock and roll”, 44 günlük müharibəyə həsir olunmuş qısa metrajlı film “Xarı bülbül əfsanəsi" və digər layihələrdə həm ifaçı, həm də yaradıcı şəxs kimi iştirak edib. 

O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Xarı bülbül əfsanəsi" (quruluşçu rejissor və ssenari müəllifi Samir Qulamov) qısametrajlı filminə görə 
quruluşçu xoreoqraf və layihə rəhbəri kimi "Qaliblər" mükafatına layiq görülüb.  
 
2025-ci il də Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri olan İstanbul Beykent Üniversitesinin "Marketinq" ixtisası üzrə magistratura pilləsinə daxil olub.