Nurlan Yusifzadə

Nurlan Bəxtiyar oğlu Yusifzadə 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2013-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin "Xalq Rəqsləri" şöbəsini bitirmişdir. Bakı Xoreoqrafiya Məktəbində oxuduğu müddətdə "Günaydın Mələyim" filmində çəkilmiş, "Eurovision" mahnı yarışmasında iştirak etmiş və bir çox idman tədbirlərinin açılısında və bağlanış tədbirlərində iştirak etmişdir. 2013 - cü ildən etibarən N. Yusifzadə Azərbaycan Dövlət Musiqili Teatrında balet artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində "Evlənmə", "www.Fərzəlikef.com", "Bu bizik - Musiqili Teatr", "O olmasın, bu olsun", "Ər və arvad" , "Skapenin kələkləri", "Kimdir müqəssir", "Talelər qovuşanda", "Bankir adaxlı", "Qızıl toy", "Qısqanc ürəklər" kimi tamaşalarda iştirak etmişdir.