Akademik Musiqili Teatrda Yeni il tamaşaları

Hər il olduğu kimi,​ bu il də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında​ 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2020-ci il – Yeni il bayramı münasibəti ilə hazırlıq işlərinə​ başlanmışdır.

Teatrın yaradıcı kollektivi qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli "Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı”​ tamaşası ilə sevindirəcək.

Maraqlı və macəra dolu yeni il tamaşaları 27 dekabr 2019-cu il tarixindən - 05 yanvar 2020-ci il tarixinədək hər gün dörd seans olmaqla -​ saat 10:30, 12:30, 14:30 və 16:30-da nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə​ əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər.

Rəngarəng dekorasiyaları, işiq effektləri, şən musiqilərı və teatrın balet truppasının rəqsləri​ ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena​ Ağayevlər,​ quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.​

Bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal,​ aktyorlar - Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova,​ Mehriban Rəcəbova,​ Eleanora Mehdiyeva,​ Nərmin Əliyeva,​ Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə​ ifa edəcəklər.

Azərbaycan Dövlət Akademik​ Musiqili Teatrı hər kəsi Yeni ili teatrda birlikdə qarşılamağa dəvət edir.

Hədiyyəli biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də http://iticket.az saytından əldə etmək olar.

Tarix: 26.11.2019