Akademik Musiqili Teatrda "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olacaq

18, 22 və 23 noyabr 2025-ci il tarixlərində saat 19:00-da Azərbaycan DövlətAkademik Musiqili Teatrında görkəmli alim, Xalq yazıçısı Kamal Abdullanın“Gülçöhrə və Əsgər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerasıolacaq.
Musiqili dramın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı ƏsgərƏsgərovdur.
“Gülçöhrə və Əsgər” tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin xoşbəxtsonluqla bitən “Arşın mal alan” operettasının davamı kimi dəyərləndirilsə də, tamamilə fərqli təəssürat yaradır. Səhnə əsərində Gülçöhrə ilə Əsgərin məşəqqətlihəyat hekayələri fonunda Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bolşeviklərintörətdiyi faciələr göstərilir…
Səhnə əsərinin rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdarincəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçubaletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Tamilla Aslanovadır.
Rol bölgüsünə əsasən tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, AlmazƏləsgərova, İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, MehribanZaliyeva, Prezident təqaüdçüsü Atilla Məmmədov, aktyorlar Nicat Əli, TürkelTariqpeyma, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, ElnarəNağdəliyeva, Elçin İmanov, Nərmin Əliyeva, İbrahim Əlizadə, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Məhəmməd Məmmədov, həmçinin xor və balet artistləri iştirak edəcəklər.