Bəşir Səfəroğlunun 100 illik yubileyi Qubada qeyd olunub

6 mart 2025-ci il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 10 Mart — Azərbaycan Milli Teatr Günü və 11 mart — Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi münasibəti ilə tədbir  keçirilib.
 Tədbirin bədii hissəsində Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” (Əli Səmədli) tamaşası nümayiş olunub. 
Tamaşanı izləyənlər arasında Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisələrinin və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, mədəniyyət işçiləri də olub. 

Səhnə əsərində teatrın sevilən aktyorları Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Əliməmməd Novruzov, Gültac Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, həmçinin teatrın xor və balet artistləri də iştirak ediblər. 
Gözlənilməz və maraqlı süjet xətti olan tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Qeyd edək ki, bu il həm də Afaq xanımın 70 illik yubileyi olacaq.

Tarix: 10.03.2025