Türk Ağsaqqalları İctimai Birliyinin üzvləri Musiqili Teatrın gəncləri ilə görüşüb

Türk Ağsaqqalları İctimai Birliyinin rəyasət heyətinin üzvləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olublar.

 Onlar teatrın repertuarında özünəməxsus yeri olan "Kimdir müqəssir?" (Ə.Haqverdiyev, quruluşçu rejissor İradə Gözəlova) tamaşasını izlədikdən sonra xoş təəssüratlarını sənət ocağının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevlə də bölüşüblər.  
Musiqili Teatrla daimi əməkdaşlıqdan məmnun olduqlarını diqqətə çatdıran İctimai Birliyin sədr müavini Eyvaz Hümbətov və TAİB-in üzvləri teatrın yaradıcı gəncləri ilə görüşdə də maraqlı fikirlər səsləndirib, yaradıcı heyətə çətin və məsuliyyətli işlərində uğurlar arzulayıblar.  
Əliqismət Lalayev qonaqlara təşəkkürünü bildirib, repertuarda olan növbəti tamaşalar haqqında da danışaraq qurumun üzvlərini daimi əməkdaşlığa dəvət edib.

Tarix: 18.01.2025