Zəfər Günü Musiqili Teatrda – “Bir nəfəs qədər”

Azərbaycan tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsindən 4 il ötür. 

8 Noyabr – Zəfər Günü ilə əlaqədar həmin gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsi qəhrəmanlarına, şəhid analarına həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq. 
 Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda səhnələşdirilən əsərdə SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən, həmçinin Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Prezident mükafatçısıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev, eyni zamanda balet artistləri İranə Kərimova, Kamran Həsənov və Röya Mehralızadə iştirak edirlər.

Tarix: 07.11.2024